saxtakarlığına qarşı Bakıda aksiya

etirazSakinlər şikayətləri dinlənilmədikləri halda Prezident Administrasiyasına yürüş edəcəklər

Regional İnsan Haqları Mərkəzi bu gün Mətbuat Mərkəzində Sabirabad rayonunda bələdiyyə seçkilərinin nəticələrinə dair mətbuat konfransı keçirib.
Mərkəzin sədri Azad İsgəndərli Sabirabadda seçki adına ancaq saxtakarlıq, seçki prosesinə polis müdaxiləsi olduğunu bildirib. “63 və 64 saylı seçki dairlərinə məxsus məntəqələrdə səslər sayılmadan səsvermə bülletenləri olan qutular polisin zoru ilə dairə seçki komissiyasına aparılıb, nəticələri özləri istədikləri kimi müəyyən ediblər”, – deyən A.İsgəndərli nəticələri «etibarsız» adlandırıb.
Bələdiyyə üzvlüyünə namizədlərdən Eldar Məmmədov seçkinin nəticələrinə dair protokolların hələ seçkidən bir gün öncə doldurulduğunu  nəzərə çatdırıb. “Polisin, icra nümayəndəsinin, dairə seçki komissiyasının hərəkətlərinə dair şikayətimizə Mərkəzi Seçki Komissiyası bu günə kimi reaksiya verməyib”, – deyə E.Məmmədov qeyd edib.
Namizədlərdən Məmmədəli Abdullayev və Ənvər Təhməzov şikayətlərinə görə hələ bu günə kimi də polis və icra hakimiyyətinin təqiblərinə məruz qaldıqlarını ifadə ediblər.
Seçki pozuntuları ilə bağlı tədbirdə nümayiş etdirilən video-süjetlərdə 15-20-yə qədər polisin hələ sayılmamış səsvermə bülletenləri olan qutuları almaq üçün 63 saylı I seçki dairəsinin 31-36 saylı məntəqələrinə girdikləri əksini tapıb. Tədbirdə həmçinin adı çəkilən məntəqələrin seçki komissiyası üzvlərinin polisin qanunsuz hərəkətindən MSK-ya yazdıqları şikayət ərizələri də jurnalistlərə göstərilib. Son olaraq, A.İsgəndərli qeyd edib ki, MSK önündə 150-dən artıq rayon sakini seçkinin nəticələrinə etriraz olaraq aklsiya keçirib, sakinlər şikayətləri dinlənilmədikləri halda Prezident Administrasiyasına yürüş etməyi nəzərdə tutur (“Turan”).

turkkongresi.org, Copyright © 2009 Tüm Hakları Saklıdır.
Türk Kongresi Resmi Web Sitesidir.
World Congress of Iranian Turks Official Web Site.