Türkmənistan Azərbaycan vətəndaşları
Sunday, 10 January 2010 11:44

Türkmənistan Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etməyi düşünmür". Bu sözləri dünən Türkmənistanın Azərbaycandakı səfiri Annaməmməd Məmmədov mətbuat konfransında səsləndirib. Diplomat bildirib ki, rəsmi Aşqabatın Azərbaycanla viza rejimini aradan qaldırmasına dair heç müzakirələr də aparılmır. Qeyd edək ki, Türkmənistan MDB məkanında quruma üzv ölkələrə viza rejimi tətbiq edən yeganə ölkədir.
Daha sonra ölkəsinin enerji siyasəti barədə məlumat verən səfir bildirib ki, Türkmənistan enerji daşıyıcılarının xarici bazarlara daşınması marşrutlarının diversifikasiyasının tərəfdarıdır. Bu il yanvarın 6-da Türkmənistan və İran prezidentlərinin iştirakı ilə Dövlətabad yatağından qaz boru kəmərinin ikinci qolunun açılışı olduğunu xatırladan diplomat bu kəmərlə Türkmənistandan İrana ildə 20 milyard kubmetr təbii qaz nəqlinin mümkünlüyünü vurğulayıb.
Annaməmməd Məmmədov 2009-cu ilin dekabrında Türkmənistan-Çin qaz kəmərinin istifadəyə verildiyini də xatırladaraq deyib ki, uzunluğu 7 min kilometr olan bu kəmər vasitəsilə Çin Türkmənistandan ildə 40 milyard kubmetr qaz alacaq. Səfir ilin əvvəlindən Türkmənistan qazının Rusiyaya ixracının bərpa olunduğunu da nəzərə çatdıraraq, bu ölkəyə ildə 30 milyard kubmetr qaz göndəriləcəyini söyləyib. Ölkəsinin enerji ehtiyatları barədə məlumat verən diplomat Türkmənistan geoloqlarının mindən artıq neft və qaz strukturları aşkarladıqlarını, təkcə "Cənub Yeloten-Osman" yatağındakı qaz ehtiyatlarının 14 trilyon kubmetr olduğunu açıqlayıb.
Daha sonra jurnalistlərin suallarını cavablandıran səfir bəyan edib ki, Türkmənistan "Nabucco" layihəsində iştiraka hazırdır. O, Bakı ilə Aşqabat arasında birbaşa aviareyslərin açılması barədə suala cavabında bu mövzuda müzakirələr aparıldığını bildirib.
Xəzərin delimitasiyasının uzanmasına gəldikdə, səfir bildirib ki, məsələnin həlli uzansa belə, bu gündən-günə möhkəmlənən Türkmənistan-Azərbaycan münasibətlərinə təsir edə bilməz. Səfir xatırladıb ki, Xəzərin delimitasiyası üzrə xüsusi işçi qrup fəaliyyət göstərir, ikitərəfli və beştərəfli görüşlər keçirilir: "Türkmənistan bu məsələnin sivil yolla, beynəlxalq hüquq əsasında həllinin tərəfdarıdır".
Bəlli olduğu kimi, son iyirmi ildə iki eyni etnik kökənli qardaş ölkə arasında münasibətlər heç də arzu edilən səviyyədə olmayıb. Amma bu son zamanlar münasibətlərin normallaşmağa başladığı hiss olunur və hörmətli səfirin açıqlamaları da bunu hiss etdirir. Azərbaycanla Türkmənistan arasında dostluq, qardaşlıq münasibətlərinin qorunması və möhkəmlənməsinin vacibliyini qeyd edən səfir bildirib ki, yaxın günlərdə Azərbaycan-Türkmənistan hökumətlərarası komissiyasının iclası Bakıda keçiriləcək. O bildirib ki, hazırda iki ölkə arasında mədəniyyət və turizm sahəsində əməkdaşlığı genişləndirmək sahəsində sənədlər üzərində iş aparılır.
Son Haberler
- Irak Türkmen Cephesi / Erşad Salihi
- Irak'ta seçimi kazanan Allavi
- İsveç'te 3 bin Türk'ten protesto gösterisi
- Altunköprü Katliamının 19. Yıldönümü
- saxtakarlığına qarşı Bakıda aksiya
- Doktrina" Jurnalistlərin Hərbi Araşdır
- Türkmənistan Azərbaycan vətəndaşları
- Afganların güvenini sarsmayız
- Büyük acıya sabretmek
- Bu anlayış İran modelidir